La Liqada ən məhsuldar ikinci start

13:28 - 9 Noyabr 2026

"Barselona" İspaniya çempionatının 12-ci turunun mərkəzi qarşılaşmasında səfərdə "Atletiko" ilə üz-üzə gəlib.

Sportal.az xəbər verir ki, Hans-Diter Flikin yetirmələri matçda 2:1 hesablı qələbə qazanıblar.

Kataloniya təmsilçisi ilk 12 tur ərzində 48 qol vurub ki, bu da hər oyuna orta hesabla 4 qol deməkdir. Bu, La Liqa tarixində qeydə alınan ən məhsuldar ikinci startdır.

Rekord isə 1930/31 mövsümünün ilk 12 oyununda 56 qol vuran "Atletik"ə məxsusdur.

Bu qələbədən sonra xal ehtiyatını 33-ə çatdıran "Barselona" ən yaxın rəqibi olan "Real"ı 3 xal qabaqlayaraq turnir cədvəlinə liderlik etməkdə davam edir.

Xəbər xətti