İspaniya La Liqasında oktyabr ayının ən yaxşı futbolçusu bəlli olub.
Sportal.az xəbər verir ki, bu ada Kilian Mbappe layiq görülüb.
"Real"ın hücumçusu oktyabrda hər üç görüşdə qalib gələn komandanın 4 qol vurub.
Fransalı futbolçu bu mövsüm 11 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
O, səsvermədə Lamin Yamal, Qonsalo Quedes, Alexandro Qrimaldo və Matias Dituronu qabaqlayıb.

