Mustafa Dənizli:"İlk dövrə bitənə kimi vəziyyətimizi yaxşılaşdırmalıyıq"

20:47 - 4 Dekabr 2013

"Komandanın nəyə qadir olduğunu bilmirəm"
 
"Bu, mənim ilk matçım olduğundan qələbə qazanmaq vacib  idi. Komandanın nəyə qadir olduğunu bilmirəm. Bu qələbə ilə uğursuzluğa son qoyduq. Komandama inanıram, qarşıda çox işlərimiz var".
 
Sportal.az xəbər verir ki, bu sözləri "Xəzər Lənkəran"ın yeni baş məşqçisi Mustafa Dənizli Azərbaycan kubokunun 1/8 finalında "Neftçala" ilə oyundan (4:0) sonra deyib.
 
Premyer Liqa haqda da danışan təcrübəli mütəxəssis bildirib ki, komandanın ölkə çempionatındakı mövqeyini yaxşılaşdırmağa çalışacağıq: "İlk dövrə bitənə kimi vəziyyətimizi yaxşılaşdırmalıyıq”.

Xəbər xətti