"Hakimin qərarı oyunun nəticəsinə təsir etdi"

22:50 - 4 Dekabr 2013

Şemanayev:"Oyunu əlavə vaxta aparmaq fikrimiz yox idi"
 
"Mənim qırmızı vərəqə almağım komandaya təsir etdi, amma onu da deyim ki, qırmızı vərəqə verilməməliydi, hakimin vərəqə göstərdiyi epizodda heç nə yox idi. Yəqin ki, hakimin qərarı oyunun nəticəsinə təsir etdi"
 
Bu sözləri Sportal.az-a açıqlamasında "Qarabağ"la matçda AZAL-ın heyətində qırmızı vərəqə ilə cəzalanan Aleksandr Şemanayev bildirib. O,  oyun haqqında fikirlərini bildirib:
 
"Biz oyuna qələb üçün çıxmışdıq, oyunu uzatmalara və ya penaltilər seriyasına aparmaq fikrimiz yox idi. Artıq çempionata fikir verməliyik"

Xəbər xətti