Foqts Ronaldonu seçdi

02:47 - 5 Dekabr 2013

Millimizin baş məşqçisindən "qızıl top" seçimi
 
Azərbaycan yığması ilə müqaviləsi başa çatan Berti Foqts “Qızıl top” mükafatına namizədlərin adlarını açıqlayıb.
 
Sportal.az xəbər verir ki, 67 yaşlı mütəxəssis ilk “üçlük”də birinci yerdə Portuqaliya yığmasının və Madrid “Real”ının futbolçusu Kriştiano Ronaldonu göstərib.
 
O, Almaniya mətbuatına verdiyi açıqlamada bildirib ki, Ronaldo hazırda dünyanın ən yaxşı hücumçusudu: “Onun oyunların taleyini təkbaşına necə həll etməsini çox bəyənirəm”.
 
Foqts daha sonra həmyerlisi Filip Lam (“Bavariya”) və Dortmund “Borussiya”sında forma geyinən Robert Levandovskiyə səs verib.
 
FİFA və “Qızıl top” mükafatının təsisçisi olan “France Football”ın birgə tərtib etdiyi siyahıda 23 futbolçu var. Bunlar Qaret Beyl (Uels) Luis Suares, Edinson Kavani (hər ikisi Uruqvay), Radamel Falkao (Kolumbiya), Eden Hazard (Belçika), Zlatan İbrahimoviç (İsveç), Andres İnyesta, Xavi (hər ikisi İspaniya), Filipp Lam, Bastian Şvaynştayger, Mesut Özil, Tomas Müller, Manuel Noyer (hamısı Almaniya), Robert Levandovski (Polşa), Lionel Messi (Argentina), Tiaqo Silva, Neymar (Braziliya), Andrea Pirlo (İtaliya), Frank Riberi (Fransa), Robin van Persi, Aryen Robben (hər ikisi Hollandiya), Kriştianu Ronaldo (Portuqaliya) və Yaya Turedir (Kot d`İuvar).
 
Mükafatın sahibi yığmaların baş məşqçilərinin və kapitanlarının, habelə jurnalistlərin səslərinin nəticələrinə əsasən müəyyənləşəcək. Qalibin adı gələn il yanvarın 13-də bəlli olacaq.
 
Son 4 ildə isə dünyanın ən yaxşı oyunçusu adına “Barselona”nın argentinalı futbolçusu Lionel Messi layiq görülüb. (apasport.az)

Xəbər xətti