"Kuareşma" "Xəzər Lənkəran"ın məşqində fərqləndi

00:43 - 27 Yanvar 2014

"Xəzər Lənkəran" hazırlıqlarını davam etdirir
 
Antalyada təlim-məşq toplantısında olan “Xəzər Lənkəran”  bütün gecəni tüğyan edən tufanın ardından  yanvarın 26-da səhər saatlarında növbəti məşqini keçirib.
 
Sportal.az xəbər verir ki, leysan yağışdan sonra da meydançanın normal vəziyyətdə olması hazırlığın baş tutmasına şərait yaradıb. Əsasən taktiki çalışmalardan ibarət olan məşq zamanı  bir maraqlı məqam da yaşanıb. Belə ki, topla etdiyi qeyri adi və orijinal rəftarı sayəsində  Deyan Blajevskini komanda yoldaşları “Kuareşma” deyə çağırıblar. Beləcə komanda daxilində Makedon  futbolçunun “Kuareşma” (Portuqal futbolçu Ricardo Andrade Kuareşma Bernardonun şərəfinə) təxəllüsü alması reallaşıb. (12cioyuncu.info) 

Xəbər xətti