"Bu gün komandamın sərgilədiyi oyundan razı qaldım"
"Bu gün komadam yaxşı oynadı. Baxmayaraq ki, məğlub olduq. Bu gün komandamın sərgilədiyi oyundan razı qaldım."
Sportal.az xəbər verir ki, bu sözləri AZAL-ın baş məşqçisi Vaqif Sadıqov deyib. Sadıqov oyunun ədalətli nəticəsi bərabərlik olduğunu fikirlərinə əlavə edib:
"Məncə, oyunun ədalətli nəticəsi heç-heçə idi. Lakin sonda ustalıq öz sözünü dedi. "İnter" ikinci qolu vuraraq qələbə qazandı".
saytlarin hazirlanmasi