Adrian Pit zədəsi haqda danışdı
"Xəzər Lənkəran" "Böyük oyun" öncəsi daha bir itki ilə üzləşib.
Belə ki, komandanın yarımmüdafiəçisi Adrian Pit bu oyunu buraxmalı olacaq. Bu barədə futbolçu özü Sportal.az-a açıqlamasında bildirib:
"Zədəm gündən-günə yaxşılaşır, ancaq yaxşı deyil. 10 gündən sonra yenidən həkim yoxlanışına gedəcəm və ondan sonra ümid edirəm ki, məşqlərə baçlayacam. "Neftçi"ilə oyunda komandama kömək edə bilməyəcəyimə görə çox üzgünəm, amma komandamıza inanıram ki, qalib gəlmək üçün əllərindən gələni edəcək".
saytlarin hazirlanmasi