Qondarma Dağlıq Qarabağ Respublikası 9-cu oldu

17:08 - 9 İyun 2014

Dünya çempionatı başa çatdı
 
İsveçin Estersund şəhərində tanınmamış ərazi qurumlarının dünya çempionatı başa çatıb.
 
Sportal.az xəbər verir ki, qondarma Dağlıq Qarabağ Respublikasının (DQR) yığması 12 yığma arasında 9-cu yeri tutub.

Çempion isə Nits qraflığının yığması olub. Qraflıq yığması finalda Men adası yığmasını oyunsonrası penaltilərlə məğlub edib (0:0, pen. 5:3).


Cənubi Osetiya yığması 4-cü, Abxaziya yığması isə səkkizinci olub.
Xatırladaq ki, Tanınmamış Futbol Assosiasiyaları Konfederasiyası (ConIFA) AFFA-nın qondarma Dağlıq Qarabağ yığmasının dünya çempionatında iştirakı ilə bağlı etirazının rədd etmişdi.

Xəbər xətti