Ramaldanovdan Rəşad Sadiqova böyük jest

00:22 - 18 İyun 2014

"Xəzər Lənkəran"ın yeni "6" nömrəsi
 
Bildiyiniz kimi, "Neftçi"dən ayrılan Rəşad Sadiqov bundan sonra "Xəzər Lənkəran"da forma geyinəcək.

Sportal.az xəbər verir ki, onun Lənkəran klubunda hansı nömrə altında çıxış edəcəyi də məlum olub.

Belə ki, Rəşad "Xəzər Lənkəran"da "6" nömrəli formanı geyinəcək. Ona qədər bu nömrədə Rasim Ramaldanov çıxış edirdi. Lakin Sadiqovun bu nömrəni sevdiyini bilən Ramaldanov könüllü olaraq, "6" nömrəni Rəşada verməyə razı olub.

 

Xəbər xətti