Şemonayevdən gözlənilməz hərəkət
"Xəzər Lənkəran" bu gün AZAL-dan ayrılan futbolçu Aleksandr Şemonayevi transfer edəcək. Bu xəbəri klub rəsmiləri təsdiqləyib və bildiriblər ki, yaxın saatlarda bu transfer rəsmən açıqlanacaq.
Sportal.az xəbər verir ki, Şemonayev AZAL-dan ayrıldıqdan sonra "Simurq"la razılığa gəlmişdi və artıq bütün detallar müzakirə olunub tək müqavilə imzalamaq qalmışdı. Futbolçu "Simurq"a verdiyi sözün üstündə durmayaraq bu gün cənub təmsilçisinə keçir. "Simurq" klubundan əldə etdiyimiz məlumata görə, onlar da bu xəbəri təəccüblə qarşılayıblar və bildiriblər ki, xəbəri oxuduqdan sonra Saşa ilə əlaqə saxlamaq istəsələr də, futbolçu telefonu söndürüb.
saytlarin hazirlanmasi