Maradona Suares haqda: "Bu, sürgündən də betərdir"

16:01 - 27 İyun 2014

"FİFA-nın Sureslə bağlı qərarını başa düşmədim"
 
Braziliyada keçirilən dünya çempionatında İtaliya millisi ilə həllediçi qrup qarşılaşmasında Uruqvay millisinin hücumçusu Luis Suresin rəqib müdafiəçiyə qarşı etdiyi hərəkət hələ bir müddət müzakirə olunacaq.  
 
Sportal.az xəbər verir ki, uruqvaylı ulduz oyunun gedişində Corco Kellinini dişləyib. FİFA-nın İntizam Komitəsi araşdırma apararaq oyunun təkrar videoyazısında həqiqətən də Luis Suaresin italiyalı müdafiəçiyə qarşı kobud  hərkət etdiyi üzə çıxıb. İntizam Komitəsinin qərarına əsasən Suares 4 ay meydanlardan kənarda qalmaqla yanaşı 82 min avro cərimələnib. Bu azmış kimi uruqvaylı qarşıdakı dünya çempiontının final mərhələsində millisinə 9 oyunda kömək edə bilməyəcək. İntizam Komitəsinin çıxardığı bu qərar tanınmış veteran futbol ulduzlarını hövsələdən çıxarıb. Dünya futbolunun əfsanəvi uiduzu argentinalı Dieqo Armando Maradona FİFA-nın Uruqvay millisinin aparıcı hücumçusuna verdiyi çəzaya qarşı çıxıb. Maradona açıqlamasında buna belə reaksiya bildirib: 
 
“FİFA-nın Sureslə bağlı qərarının başa düşmədim. Məgər futbolçu kimisə öldürüb? Bəlkə Suresi qandallayıb uzun müddətli sürgünə göndərsəyfilər  daha yaxşı olardı. Əgər bir futbolçu 4 ay cəzalanırsa, əslində bu sürgündən daha dəhşətlidir.  Suares illərlə əziyyət çəkərək dünya çempionatında öz ölkəsinin millisinə kömək etsin. Yadınıza salın, 2006-cə ildə DÇ-nin finalında Zinəddin Zidan rəqibinə kəllə atmışdı. Bu hadisədən sonar FİFA Zidana “qızıl top” verdi. Hər halda belə ağır qərarları futbolçulara güzəştə getmək olar”.            

Xəbər xətti