Braziliyada keçirilən futbol üzrə dünya çempionatının qrup mərhələsi başa çatdı
Bu mərhələ sürprizlərsiz ötüşməyib.
Sportal.az xəbər verir ki, buna qədər dalbadal iki dəfə Avropa çempionu olan və ötən mundialın qalibi İspaniya millisi qrup mərhələsini keçə bilməyib.
Bundan əlavə, İngiltərə, İtaliya, Potruqaliyanın yığma komandaları da turniri erkən tərk etməli olublar. Bu ilki dünya çempionatının qrup mərhələsində rekorda da imza atılıb.
Qrup mərhələsinin oyunlarında rəqib qapılarına 136 qol vurulub ki, bu da rekord göstəricidir. Növbəti 8/1 mərhələ ərəfəsində çempionatın artıq bombardirləri də məlumdur.
Bunlar hərəyə dörd top vuran Neymar (Braziliya), Tomas Müller (Almaniya) və Lionel Messidir (Argentina).
saytlarin hazirlanmasi