Luis Suares Corco Kellinini dişləməsindən sonra Çində məşhurlaşıb
Futbol üzrə Uruqvay yığmasının hücumçusu Luis Suares son oyunda İtaliya yığmasının üzvü Corco Kellinini dişləməsindən sonra Çində məşhurlaşıb. Hətta onun bu hərəkəti yerli sahibkarlara yeni biznes-ideya verib.
Sportal.az xəbər verir ki, çinlilərə məxsus “Taobao” adlı internet-mağazada formaca Luis Suaresi xatırladan qapaqaçan satışa çıxarılıb. Qapaqaçanın üstündə “Suareslə bütün qapaqlar rahat açılır” sözləri yazılıb. Malın qiyməti isə o qədər də baha deyil: cəmi 15 yuan (2,5 dollar).
Xatırladaq ki, Uruqvayın hücumçusu Suares Kyellinini dişlədiyinə görə artıq sərt şəkildə cəzalanıb. O, dünya çempionatından qovulub. Üstəlik, 4 ay müddətinə bütün yarışlardan kənarlaşdırılıb.
saytlarin hazirlanmasi