Lixtenşteyn millisinin üzvü Azərbaycanda oynaya bilər

11:38 - 28 İyun 2014

"Danışıqlarda inkişaf var"
 
Futbol üzrə Lixtenşteyn yığmasının müdafiəçisi Olcay Gür bəyan edib ki, o, tezliklə Azərbaycan klublarından biri ilə müqavilə imzalayacaq.
 
Sportal.az xəbər verir ki, futbolçu bunları bildirib: "Danışıqlarda inkişaf var. Dayım Azərbaycanla daim əlaqə saxlayır. Sadəcə, bəzi sənəd işlərini yoluna qoymaq qalır. Qalan hər şey artıq razılaşdırılıb".
 
Qeyd edək ki, Olcayın AZAL və "Neftçi" ilə danışıqlar apardığı bildirilir.
 

Xəbər xətti