FİFA-dan yeni qərar: Məşqçilər videotəkrar tələb edə biləcəklər

17:02 - 28 İyun 2014

Braziliyada keçirilən dünya çempionatında FİFA-nın qolun qeydə alınması ilə bağlı tətbiq etdiyi texnologiya uğurlu alındı

 

FİFA bu yöndə islahatları davam etdirmək niyyətindədi.
 
FİFA videotəkrarın tətbiqinə hazırlaşır.  Bu barədə qurumun  prezidenti Yozef Blatter deyib. 

 
Sportal.az xəbər verir ki, o, UEFA prezidenti Mişel Platini ilə danışıqlar aparıb və yeni texnologiyanın Avropa-2016-da da tətbiq olunacağını bildirib.
 
Blatter həmçinin qeyd edib ki,  futbol oyunlarının ədalətli olması üçün hakimlər mübahisəli epizodun videotəkrarına  baxa biləcək.
 
Hakimlər bu addımı baş məşqçilərin tələbi ilə atacaq. Hər bir məşqçinin bir hissə ərzində hakimdən 2 dəfə videotəkrara baxmağı tələb etmək hüququ olacaq.

Xəbər xətti