DÇ-2014-də futbolçular məşqə çıxmaqdan imtina etdilər

22:59 - 28 İyun 2014

Nigeriya millisindən gözlənilməz qərar
 
Futbol üzrə 2014-cü il Dünya Çempionatında Nigeriya yığması 1/8 final mərhələsinə çıxandan sonra bu ölkənin Futbol Federasiyasının məmuru milli komandanın oyunçularına ödəniləsi pulları gətirmək üçün vətənə yola düşüb.

Sportal.az xəbər verir ki, Nigeriya komandasının oyunçularına mükafat ödənilmədiyi üçün bu komanda cümə gününə keçən gecə nəzərdə tutulan məşqləri ləğv edib.

“F” qrupunda 4 xal toplamış Nigeriya yığması Argentina komandasından (9 xal) geri qalsa da, Bosniya və Herseqovina (3 xal) və İran (1 xal) yığmalarını geridə qoyub. Nigeriya futbolçuları iyunun 30-da 1/8 finalda Fransa komandası ilə oynayacaqlar.

2014-cü il Dünya Çempionatında Afrika komandaları ilə bağlı oxşar hadisə əvvəl də baş verib. Belə ki, Qana yığmasının futbolçuları qrup mərhələsinin üçüncü turunda Portuqaliya komandası ilə matç ərəfəsində bildiriblər ki, əgər turnirdə çıxış müqabilində onlara mükafat ödənilməsə bu matçı pozacaqlar. Nəticədə Qana hökuməti öz futbolçularına ödənilmək üçün 3 milyon dollar nağd pul göndərib.

Xəbər xətti