"Xəzər Lənkəran" Gürcüstana yollanacaq

00:28 - 29 İyun 2014

Komanda hazırlıqlarını davam etdirir
 
"Xəzər Lənkəran"ın əvəzedicilərdən ibarət komandası hazırda Lənkəranda növbəti mövsümün hazırlıqlarını davam etdirir, komanda hazırlığın ikinci mərhələsini isə Gürcüstanda keçəcək.
 
Bu barədə Sportal.az-a açıqlamasında komandanın baş məşqçisi Elbrus Məmmədov məlumat verib:
 
"Hazırlığımız Lənkəranda davam edir. Burada əsasən seleksiya xarakterli məşqlər keçirik. Hazırlığın növbəti mərhələsini Gürcüstanda keçəcəyik və orada komanda 5 yoxlama oyununda gücünü sınayacaq. Hələlik rəqiblərimizin adı məlum deyil"

Xəbər xətti