Fransız məşqçi oruc tutan futbolçular haqda qərarını verdi

01:50 - 29 İyun 2014

"Oruc tutmaq istəyən futbolçular sərbəstdi"
 
Dünya Kubokunda mübarizəni davam etdirən Fransa milli komandasının baş məşqçisi Didye Deşam orucla bağlı açıqlama verib.  
 
Sportal.az xəbər verir ki, mütəxəssis bildirib ki, oruc tutan futbolçulara qarşı çıxa bilməz:  "Oruc tutmaq istəyən futbolçular sərbəstdir. Bu, onların  səlahiyyətinə aiddir. Biz hər kəsin dininə hörmət edirik".   Qeyd edək ki, iyunun 30-u 1/8 final mərhələsində Fransa yığma komandası Nigeriya futbolçuları ilə qarşılaşacaq.

Fransa millisinin heyətində müsəlman futbolçular var.

Xəbər xətti