DÇ-2014-ün yeni bombardiri

13:08 - 29 İyun 2014

Rodriges siyahıya liderlik edir
 
Braziliyada keçirilən futbol üzrə XX dünya çempionatında 1/8 final mərhələsinin növbəti oyununda Kolumbiya və Uruqvay milliləri qarşılaşıb.
 
Sportal.az xəbər verir ki, Rio-de-Janeyrodakı “Marakana” stadionunda keçirilən oyunda Kolumbiya millisi Uruqvay yığmasını 2:0 hesabı ilə məğlubiyyətə uğradıb.

 Kolumbiyalı Xames Rodriges qarşılaşmanın 28-ci və 50-ci dəqiqələrində rəqib qapısından iki top keçirib. Gənc yarımmüdafiəçi bununla XX dünya çempionatında dörd matçda beş dəfə fərqlənməklə qol sayına görə mundialın məhsuldar futbolçuları siyahısına başçılıq edir. Qarşılaşmanı hollandiyalı baş hakim Byorn Kuipers idarə edib. Kolumbiya millisi 1/4 finalda Braziliya yığması ilə qarşılaşacaq.

Xəbər xətti