Tərlan Əhmədov: "Qarşıda hələ görüləsi işimiz çoxdur"

10:10 - 30 İyun 2014

"Çünki indidən qələbənin təməli qoyulmalıdır"
 
Dünən AZAL tələbələrdən ibarət yığma komandanı 3:0 hesabı ilə məğlub edib.
 
Sportal.az xəbər verir ki, qarşılaşmadan sonra AZAL-ın baş məşqçisi Tərlan Əhmədov klubun rəsmi saytına açıqlama verib:
 
"Rəqib tələbələrdən ibarət yığma komanda olsa da, bu gün çox gözəl oyun nümayiş etdirdilər. Belə oyunlara elə də önəm vermirəm. Sadəcə, komandanın fiziki durumunun hansı vəziyyətdə olması məni maraqlandırırdı.
Hər iki hissədə fərqli heyəti meydana çıxardım. İxtiyarımda olan 24 futbolçunun hamısından yararlandım. Komandanın qələbə qazanıb-qazanmaması elə də ciddi önəm daşımırdı. Ancaq hər halda meydana qələbə üçün çıxırıq. Çünki indidən qələbənin təməli qoyulmalıdır. Qələbə qazanmağımıza baxmayaraq, hələ də çatışmazlıqlarımız var. Bundan sonra bunun üzərində çalışacağıq. Qarşıda hələ görüləsi işimiz çoxdur".

Xəbər xətti