"Xəzər Lənkəran"da daha bir futbolçu toplanışda iştirak etmir

11:08 - 30 İyun 2014

Etamedən sonra Sadio da Türkiyəyə yollanmayıb
 
Dünən "Xəzər Lənkəran"ın hücumçusu Mbilla Etamenin komandanın Türkiyədə baş tutan təlim-məşq toplanışında iştirak etmədiyi xəbərini vermişdik.
 
Klubdan Sportal.az-a verilən məlumata görə, komandanın digər afrikalısı Sadio Tounkara da məşqlərdə iştirak etmir. Onun hansı səbəbdən toplanışa qoşulmamağı isə hələlik məlum deyil. Baş məşqçinin bu məsələ ilə bağlı futbolçuya xəbərdarlıq edəcəyi istisna deyil.

Xəbər xətti