Komandaya qayıtmayan daha bir legionerin adı məlum oldu
"Bakı" klubu dünən etibarən növbəti mövsümün hazırlıqlarına start verib.
Sportal.az xəbər verir ki, bir neçə legioner uzunmüddətdir maaş ala bilmədiklərinə görə komandanın təlim-məşq toplanışına qayıtmayıb. Daha əvvəl, həmin legionerlərdən ikisinin Xavyer Vilson və Marius Penanın adını sizə bildirmişdik. Digər iki legioner isə müdafiəçilər Georgiuos Pelagious və Ettodur.
Xatırladaq ki, Etto ötən mövsüm hakim Rəhim Həsənova kəllə atmaqla yadda qalmışdı.
saytlarin hazirlanmasi