Azarkeş infarkt keçirdi
Braziliyada keçirilən DÇ daha bir azarkeşin dünyasını dəyişməsinə səbəb olub.
Sportal.az xəbər verir ki, bu dəfə Braziliya ilə Çili arasında dünən keçirilən 1/8 final matçında xoşagəlməz hal yaşanıb. Belə ki, 69 yaşlı bir azarkeş matçı stadionun yaxınlığında yerləşən barlardan birində izləyib. Lakin penaltilər seriyası zamanı həyəcandan özündən gedən fanat dərhal xəstəxanaya aparılıb. Lakin infarkt keçirdiyi aşkarlanan azarkeşin həyatını xilas etmək mümkün olmayıb.
saytlarin hazirlanmasi