Hollandiya millisinin üzvü mundial ilə vidalaşdı

19:45 - 30 İyun 2014

De Yonq mundial ilə vidalaşıb

 
Hollandiya yığmasının baş məqşçisi Lui Van Qaal Nayjel De Yonqun zədəsi barədə məlumat verib.
 
Sportal.az xəbər verir ki, futbolçu açıqlamasında bunları deyib: "Qorxuram ki, De Yonq üçün dünya çempionatı başa çatsın.Bu ciddi itkidir. Lakin Naycellə bağlı heç nəyi qəti söyləmək olmaz. Çünki o , həmişə oynamaq istəyir. Həkimlər onu müayinə emtəlidirlər", – deyə Van Qaal bildirib.
 
Xatırladaq ki, 29 yaşlı futbolçu 9-cu dəqiqədə meydanı tərk etmişdi. Onun qasıq əzələsindən zədələndiyi güman edilir.

Xəbər xətti