"Xəzər Lənkəran"ın zədəlisi: "Çalışacam ki, ikinci toplanışda komanda ilə birlikdə olum"

00:37 - 1 İyul 2014

Abdullazadə zədəsini sağaltmağa başlayıb
 
"Xəzər Lənkəran"ın futbolçusu Kamran Abdullazadənin zədələnərək Ərzurumdakı təlim-məşq toplanışını tərk edərək Bakıya qayıtması xəbərini vermişdik.
 
Gənc futbolçu zədəsi haqda son məlumatı Sportal.az-a açıqlamasında bildirib:
 
"Artıq müalicəyə başlamışam. Müalicənin müddəti 20 gün davam edəcək. Amma əlimdən gələni edəcəm ki, ikinci təlim-məşq toplanışında komanda ilə birlikdə olum".

Xəbər xətti