Kaka "Orlando Siti"də VİDEO

14:26 - 1 İyul 2014

 Ulduz futbolçunun təqdimat mərasimi
 
ABŞ klubu yeni trasnferini təqdim edib. Sportal.az xəbər verir ki, Kaka “Orlando Siti”nin azarkeşləri qarşısına çıxıb.
 
32 yaşlı futbolçu yeni klubunda 2015-ci ilin mart ayından çıxış etməyə başlayacaq. Çünki MLS-də (Major League Soccer) mövsüm məhz bu vaxt start götürəcək.
 
Tanınmış futbolçu təqdimat mərasimində azarkeşlərə imza paylayıb və şəkillər çəkdirib.
 
Qeyd edək ki, Kaka qarşıdakı yarım ili icarə əsasında “San-Paulu”da keçirəcək.
 

Xəbər xətti