"Xəzər Lənkəran" Fernandinyonu heyətinə qatır

14:35 - 1 İyul 2014

Komandada yeni braziliyalı
 
"Xəzər Lənkəran" Türkiyənin Ərzurum şəhərində növbəti mövsümün hazırlığını davam etdirir.
 
 Klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu Sportal.az-a açıqlamasında sabah komandaya yeni braziliyalının qoşulacağını bildirir.

Bu, braziliyalı Fernandinyo Qabrieldir. Futbolçunun mövqeyi isə pleymeykerdir.

Qeyd edək ki, Fernandinyo "Xəzər Lənkəran"a baxışa yox, birbaşa müqavilə imzalamağa gəlir.

Xəbər xətti