"Xəzər Lənkəran" rəsmisi: "Son zamanlar qapıçı transferində uduzuruq"

00:01 - 2 İyul 2014

Cənub klubunda yeni qapıçı
 
"Xəzər Lənkəran"ın qapıçısı Vyekeslav Tomiçlə yolalrı ayırdığı xəbərini vermişdik. İndi cənub təmsilçisinin heyətində iki qapıçı var: 21yaşlardan ibarət milli komandamızın qolkiperi Orxan Sadıq və və gənc Tərlan Qasımzadə.
 
Klubun mətbuat xidmətinin Hüseyn Cəbrayıloğlu Sportal.az-a açıqlamasında heyətində yeni qapıçı cəlb olunacağı bildirib:
 
"Növbəti mövsüm üçün mütləq heyətə yeni qapıçı cəlb olunacaq. Açıq desək, sadəcə son zamanlar qapıçı transferində uduzuruq. Ona görə çalışırıq ki, bu dəfə daha inamlı, etibarlı qapıçı alaq".
 

Xəbər xətti