"Xəzər Lənkəran" Çilinin sabiq üzvünü transfer edir

11:42 - 2 İyul 2014

Son qərarı baş məşqçi verəcək
 
"Xəzər Lənkəran" Çili yığmasının sabiq üzvünü heyətinə qatmağa hazırlaşır.
 
Sportal.az azerisport.com-a istinadən xəbər verir ki, söhbət Felipe Seymurdan gedir.

27 yaşlı xavbekin son iş yeri İtaliya B Seriyasında çıxış edən "Spetsiya" olub. Onun barəsində son qərarı komandanın baş məşqçisi Oğuz Çətin verəcək.

Qeyd edək ki, Seymur karyerası ərzində "Cenoa", "Kataniya", "Kyevo" kimi klubların heyətində bir neçə mövsüm A Seriyasında çıxış edib. O, həmçinin 2010-cu ildən etibarən Çili yığmasına da dəvət olunub və bir neçə oyunda iştirak edib.

Xəbər xətti