Fernandinyo artıq "Xəzər Lənkəran"ın düşərgəsindədir

13:02 - 2 İyul 2014

Futbolçu ilk məşqinə çıxıb
 
“Xəzər Lənkəran” klubunun Türkiyədəki düşərgəsinə yeni futbolçu qoşulub.
 
Sportal.az xəbər verir ki, 26 yaşlı hücumameyilli yarımmüdafiəçi Fernando Qabriel artıq baş məşqçi Oğuz Çətinin sərəncamındadır.
 
Oyunçu hazırda komanda ilə birlikdə məşq edir. Axşam saatlarında onunla rəsmi müqavilə imzalanacağı gözlənilir.

Xəbər xətti