DÇ-2014-də daha bir istefa

14:10 - 2 İyul 2014

İsveçrə millisinin baş məşqçisi də komandadan getdi
 
İsveçrə millisinin baş məşqçisi Ottmar Hitsfeld karyerasını bitirdiyini açıqlayıb.

Sportal.az xəbər verir ki, bu, komandanın DÇ-2014-ün 1/8 finalında Argentinaya məğlub olaraq mübarizəni dayandırdığı görüşdən sonra baş verib.

 Təcrübəli mütəxəssis “məşqçlik işim burda bitdi, karyeramla fəxr edirəm” deyərək fikirlərini şərh edib.

 Xatırladaq ki, Hitsfeld 2008-ci ildən İsveçrə millisini çalışdırırdı.

Xəbər xətti