AZAL davam edir

15:32 - 2 İyul 2014

Komanda hazırlıqları bərpa edib
 
Yeni mövsümün hazırlıqlarını davam etdirən AZAL klubu təli-məşq toplanışının ikinci mərhələsinə start verib.

Sportal.az xəbər verir ki, iyunun 28-də Azərbaycan tələbə yığması ilə yoldaşlıq oyunu (3:0) keçirdikdən sonra 3 günlük istirahətə yollanan komanda bu gün yenidən bazada bir araya gəlib.
 
Komanda təlim-məşq toplanışının sonuna qədər gündə iki məşq edəcəklər. Bugünkü səhər məşqinin ilk 15 dəqiqəsi trenajor-zalda baş tutub və futbolçuların əzələ kütləsini artırmasına hesablanıb.

Ardından futbolçular müxtəlif məsafələrə qaçış üzərində işləyiblər. Hazırlıq çərçivəsində ikitərəfli oyunlar da keçirilib.

Xəbər xətti