Kərim Benzema: "Hər oyundan əvvəl "Quran"ı dinləyirəm"

18:52 - 2 İyul 2014

Fransa millisinin müsəlman futbolçusu Kərim Benzema Ramazan ayında oruc tutduğunu açıqlayıb

 

Futbolçu DÇ-2014-ün 1/8 finalının Nigeriya matçında oruc tutaraq meydana çıxdığını deyib.

 

Sportal.az xəbər verir ki, Benzema onu da bildirib ki, hər oyun  öncəsi "Quran"ın surələrini qulaqcıqla dinləyir:

 

"Quran" Allahın kitabıdır. Quranın surələrində çox mənalı fikirlər var. Hər qarşılaşmanın başlamasına on dəqiqə qalmış qulaqcıqla Quranın sürələrini dinləyirəm. Bu mənə rahatlıq verir".

Xəbər xətti