Daha bir futbolçumuz Türkiyə klubunda

12:21 - 3 İyul 2014

Hacıyev Cavadovun yanına getdi
 
21 yaşlı futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvü Rəhman Hacıyevin Türkiyə birinci liqasında mübarizə aparan “Qaziantep BB” klubuna keçdiyini xəbər vermişdik. Müqavilə ilə “Bakı”ya məxsus olan hücumameyilli yarımmüdafiəçi qarşıdakı bir ili icarə əsasında Nurullah Sağlamın komandasında keçirəcək.
 
Sportal.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı da məlumat yayıb. telgraf.net saytı Rəhmanla bütün məsələlərdə razılığın əldə olunduğunu vurğulayıb.

Qeyd edək ki, birinci liqada çempionluğu hədəfləmiş komanda bundan öncə Vaqif Cavadovu heyətə cəlb edib.

Xəbər xətti