Əlcəzairli futbolçu mükafatı qəbul etmədi

15:40 - 3 İyul 2014

Əlcəzair millisinin üzvü maraqlı addım atıb
 
 
Braziliyada keçirilən DÇ-2014-də komandasında uğurlu çıxışı ilə fərqlənən Əlcəzair millisinin futbolçusu Slimani etdiyi hərəkətlə də fərqlənməyi bacarıb.
 
Sportal.az xbər verir ki, Əlcəzair yığmasının hücumçusu İslam Slimani ərəb iş adamları və sənətçilərinin vermək istədiyi mükafatı Fələstinə göndərmələrini istəyib.
 
“Qəzzanın bu köməyə daha çox ehtiyacı var” - deyə, Slimani iş adamlarının verdiyi mükafatı rədd edib.
 
Slimani ölkə qəzetlərindən birinə verdiyi açıqlamada, özünün və digər futbolçu yoldaşlarının pula ehtiyacı olmadığını, lakin Qəzzadakıların o pula daha çox ehtiyacı olduğunu vurğulayıb.
 
Qeyd edək ki, ərəb iş adamları və sənətçiləri DÇ-2014-də futbolçuların atdığı hər qola görə pul mükafatı və son model avtomobil hədiyyə edəcəklərini açıqlayıblar.

Xəbər xətti