"Amma buna baxmayaraq, cavab qarşılaşmasında ehtiyatlı olmalıyıq"
"Nəticədən danışmağa ehtiyac yoxdur. Bu gün çox çətin oyun oldu. "Qəbələ" hörmət etdiyimiz komandadır. Rəqibin "Maribor"la yoldaşlıq matçını izləmişdik və onların oyununu təhlil etmişdik. Cavab matçına da yaxşı hazırlaşmalıyıq. Göstərilən qonaqpərvərliyi çalışacağıq ki, biz də Bosniya və Herseqovinada göstərək".
Sportal.az xəbər verir ki, bu sözləri "Şiroki Briyeq"in baş məşqçisi Slaven Musa Avropa Liqasının birinci təsnifat mərhələsində "Qəbələ"yə qalib gəldikləri oyundan sonra deyib.
O, səfərdə 2:0 hesablı qələbənin çox yaxşı nəticə olduğunu bildirib: "Amma buna baxmayaraq, cavab qarşılaşmasında ehtiyatlı olmalıyıq".
saytlarin hazirlanmasi