Rəhim Həsənov idarə etdi, qazaxlar qalib gəldi

12:31 - 4 İyul 2014

Oyunda 4 sarı vərəqə
 
Azərbaycanlı hakimlər Avropada növbəti oyunlarını idarə ediblər.
 
Sportal.az xəbər verir ki, Rəhim Həsənovun başçılıq etdiyi hakimlər briqadası Avropa Liqasının "Kayrat" (Qazaxıstan) - "Kukesi" (Albaniya) matçında ədaləti qoruyub.
 
Qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçın yeganə qoluna 89-cu dəqiqədə Aslan Darabayev imza atıb. Rəhim Həsənov "Kayrat"dan Zaurbek Pliyev, Aleksandr Kislitsin və Mixail Bakayevi, "Kukesi"dən isə Argent Halilini sarı vərəqə ilə cəzalandırıb.

Qeyd edək ki, bu oyunda baş hakimə Yaşar Abbasovla Rza Məmmədov yardım edib. Matçın dördüncü hakimi isə Anar Salmanov olub.

Xəbər xətti