AZAL polşalı futbolçu gətirib

00:06 - 5 İyul 2014

Futbolçu haqda qərar verilməyib
 
AZAL yeni mövsümün hazırlıqlarını davam etdirir.
 
Klubdan Sportal.az-a verilən məlumata görə, komandanın düşərgəsinə yeni futbolçu qoşulub. Bu polşalı Mateuş Staporskidir. Futbolçu dünən komanda ilə  ilk məşqinə də çıxıb. 26 yaşlı hücumameylli yarımmüdafəçi Polşanın “Podbeskidze” komandasının futbolçusudur. Son mövsümü “Korona” klubunda keçirib. Əgər AZAL-ın məşqçilər korpusu bəyənərsə, onunla müqavilə imzalanacaq.

Xəbər xətti