Braziliya millisində şok: Neymar sıradan çıxdı VİDEO

11:22 - 5 İyul 2014

Ulduz futbolçu Almaniya ilə oyunu buraxa bilər
 
Braziliya yığmasının ulduz   futbolçusu Neymar zədələnib.

Sportal.az xəbər verir ki, o,  mundialın 1/4 finalında dünən gecə baş tutan Kolumbiya ilə matçın  87-ci dəqiqəsində rəqib futbolçunun kobud oyunundan sonra belindən problem yaşayıb.

Ayağa dura bilməyən gənc hücumçunu həkimlər xərəklə meydanın kənarına çıxarıblar.

Zədəsi ciddi olan Neymarın Almaniya ilə yarımfinal matçında iştirak etməyəcəyi iddia edilir.

Xəbər xətti