"Rəvan" AZAL-la başlayır

11:49 - 5 İyul 2014

Komanda ilk yoxlama oyununa çıxacaq
 
Seleksiya xarakterli məşqlərini davam etdirən "Rəvan” klubu mövsümlərarası fasilədə ilk yoxlama oyununu keçirəcək.

Sportal.az xəbər verir ki, "aslanlar” "siftə”ni Premyer Liqa klubu ilə edəcəklər.

Rəqib isə AZAL-dı. Bu gün "AZAL Arena”da baş tutacaq görüş saat 19:00-da başlayacaq.

Baş məşqçi Ramil Əliyev bu oyunda əsasən baxışda olan futbolçulara şans verəcək.

Qeyd edək ki, "Rəvan” ikinci yoxlama matçını iyulun 12-də keçirəcək. Paytaxt klubu "Sumqayıt”la üz-üzə gələcək.

 

Xəbər xətti