Sportal.az xəbər verir ki, ötən gecə Kolumbiya ilə oyunda zədələnən ulduz futbolçunun zədəsinin ciddi olduğu müəyyənləşib. Onun dünya çempionatını erkən başa vurduğu açıqlanıb.
Yığmanın həkimi Rodriqo Lasmar deyib ki, Neymarın onurğasında sınıq aşkarlanıb:
“Bu xəbəri vermək çox çətindi. Ancaq Neymar mundialın qalan hissəsində oynamayacaq. Tibbi müayinədən sonra onurğasında sınıq aşkarlanıb. O, əməliyyat olunmayacaq, ancaq Neymar bu zədə ilə futbol oynaya bilməz. Onun bir həftəyə sağalması mümkünsüzdü. Belini kəmərlə bağlayacağıq. Beləcə özünü bir az yaxşı hiss edəcək”