Sportal.az xəbər verir ki, xorvatiyalı Aleksandr Şoliçin ardından daha bir legioner futbolçu da uzun illər şərəfini qoruduğu komandadan ayrılıb.
Bu, litvalı yarımmüdafiəçi Deyvidas Çesnauskisdir. 2009-cu ildən "zoalqlılar"ın formasını geyinən Çesnauskis də futbolçu dostları və rəhbərliklə sağollaşaraq düşərgədən ayrılıb və vətəninə qayıdıb.