"Qəbələ"nin rəqibindən maraqlı addım

15:32 - 5 İyul 2014

Komanda yoxlama oyunu keçirəcək
 
"Qəbələ”nin Avroliqanın I təsnifat mərhələsindəki rəqibi olan “Şiroki Briyeq” təmsilçimizlə cavab görüşü öncəsi yoxlama oyunu keçirəcək.
 
Sportal.az xəbər verir ki, "mavilər” Bosniya və Herseqovina çempionatını ötən mövsüm V yerdə tamamlamış “Velej”lə gücünü sınayacaq.

Bu haqda Mostar klubunun rəsmi saytı xəbər yayıb. Görüş sabah Bakı vaxtı ilə saat 21:30-da baş tutacaq. Qarşılaşma Şiroki Briyeqdəki Musa-Karaçiç təlim-məşq bazasında keçiriləcək.

Qeyd edək ki, “Qəbələ” iyulun 10-da “Şiroki Briyeq”lə cavab oyununa çıxacaq. İyulun 3-də Qəbələdə keçirilən matçda qonaqlar 2:0 hesabı ilə qələbə qazanıb

 

Xəbər xətti