"Zənn edirəm çox ağır bir zədə deyil"
Kolumbiya millisinin üzvü Zuniqa mətbuata açıqlama verib.
Sportal.az xəbər verir ki, futbolçu dünən kçeirilən Braziliya - Kolumbiya oyununda "Sambaçı"ların əsas üzvlərindən biri olan Neymarı zədələməsindən danışıb. "Niyyətim onu zədələmək deyildi. Stadiona çıxandan güclü oynamağımız gərəkli idi, amma təbii ki biz heç kimi zədələmək istəmirik.Oyun maraqlı idi. Həm Braziliya həm də biz yaxşı oynayırdıq. Orada Neymarı zədələmək ağlımdan belə keçmirdi. Tək niyyətim ölkəmin şərəfini qorumaq və yarımfinala vəsiqə qazanmaq idi. Zənn edirəm çox ağır bir zədə deyil. O, Braziliyanın dünya futboluna bəxş etdiyi ən yaxşı simalardan biridir. Bu cür futbolçunun zədələnməsinə təssüflənirəm. Amma o hərəkət normal idi".
Qeyd edək ki, Braziliya 2:1 hesabı ilə qələbə qazanaraq adını yarımfinala yazdırıb.
saytlarin hazirlanmasi