Hafiz Məmmədov "Lans"a lazım olan pulu ödədi

22:23 - 5 İyul 2014

Mertel bu barədə məlumat verib
 
"Bakı"nın prezidenti Hafiz Məmmədov sahibi olduğu Fransa "Lans" klubu yeni mövsümdən  yüksək liqada oynaya biləcək.

Sportal.az xəbər verir ki,  komandanın yüksək liqada iştirakına təminat üçün lazım olan 10 milyon avro ödənilib.

Bu barədə "Lans"ın prezidenti Jerve Martel bu gün keçirdiyi mətbuat konfransında bildirib.

O deyib ki, iyunun sonlarında ödənilən vəsait artıq hesaba oturub. İndi Fransanın İdarəetməyə Nəzarət üzrə Milli Direktoratı "Lans"ın yüksək liqaya buraxılmaması barədə qərarından apelyasiyaya baxmalıdır. Bu, iyulun 9-u və ya 10-da olacaq.

Xəbər xətti