Epizod araşdırılacaq
FIFA-nın İntizam Komitəsi DÇ-nin 1/4 final mərhələsindəki Braziliya - Meksika matçında Neymarın zədə aldığı məqamı araşdırmaq qərarına gəlib.
Sportal.az xəbər verir ki, meksikalı Suniqa mübarizə anında Neymarı ciddi zədələyib və braziliyalı futbolçu 4-6 həftə yaşıl meydanlardan uzaq düşüb.
"FIFA-nın İntizam Komitəsi həmin epizodu analiz edəcək. Ədalətli, təmiz oyun prinsipi bizim üçün hər şeydən vacibdir. Buna görə də, belə epizodlara dəqiq qiymət vermək lazımdır", - deyə qurumun mətbuat xidmətinin əməkdaşı Deliya Fişer söyləyib.
Xatırladaq ki, oyun Braziliyanın 2:1 hesablı qələbəsi ilə yekunlaşmışdı.
saytlarin hazirlanmasi