"Xəzər Lənkəran" üçün əvvəl İstanbul, daha sonra Sloveniya

00:01 - 6 İyul 2014

Komanda hazırlığın ilk mərhələsini tamamladı
 
"Xəzər Lənkəran" dünən Ərzurumda təlim-məşq toplanışının ilk mərhələsini başa vurdu.
 
Sportal.az xəbər verir ki, komanda bu gün İstanbula yollanacaq və  burada komandanın yeni transferi Alfred Sankoh komandaya qoşulacaq. Daha sonra isə cənub təmsilçisi hazırlığın ikinci mərhələsi üçün Sloveniyaya yollanacaq. Komanda hazırlığın ilkin mərhələsindən fərqli olaraq Sloveniyada taktiki çalışmalarına üstünlük verəcək.

Xəbər xətti