Sportal.az xəbər verir ki, komandanın əsas futbolçusu Anxel di Mariya zədələnərək sıradan çıxıb.
Matçın 28-ci dəqiqəsində vurduğu zərbədən sonra sağ ayağının qasıq nahiyyəsindən zədələnən futbolçu həkimlərin ilkin tibbi yardımı ilə yenidən meydana qayıdıb. Lakin oyunu davam etdirə bilməyən təcrübəli futbolçu matçın 33-cü dəqiqəsində komanda yoldaşı Enzo Perezlə əvəzlənib.