“Tiraspol” həmin günün səhər saatların artıq paytaxtımızda olacaq. “İnter”in rəqibi iyulun 9-u axşam saat 21:00-da “Şəfa” stadionunda oyunöncəsi son məşqini keçirəcək.
Qeyd edək ki, Avroliqanın I təsnifat mərhələsinin cavab görüşü olan “İnter” – “Tiraspol” matçı saat 21:00-da başlayacaq. Tərəflərin ilk matçında təmsilçimiz səfərdə 3:2 hesabı ilə qalib gəlib.